Putin: “Ukraynada hakimiyyətə anti-Rusiya əhval-ruhiyyəsi olan insanlar gəldi”
Tarix: 16-02-2024 12:06 | Bölmə: Dünya
Putin: “Ukraynada hakimiyyətə anti-Rusiya əhval-ruhiyyəsi olan insanlar gəldi”

Rusiya həmişə rusları və ukraynalıları eyni xalq hesab edib.

Reyting.az
xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Uralvaqonzavod”un işçiləri ilə söhbətində deyib.

“Mən sizə bunun necə baş verdiyini birbaşa danışmaq istəyirəm. Bunu hamı bilir: biz heç vaxt ruslarla ukraynalılar, Rusiya ilə Ukrayna arasında fərq qoymamışıq”, - deyə Putin bildirib. Rusiya prezidenti əlavə edib ki, Ukraynada yaşayanların böyük əksəriyyəti və Rusiyada insanların mütləq əksəriyyəti həmişə bunun əslində eyni şey olduğuna inanıblar.

Eyni zamanda Rusiya prezidenti qeyd edib ki, Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi tarixdən qaynaqlanır.

“Hitlerlə əməkdaşlıq edən bu millətçi və nasist ünsürlərdən bəziləri Böyük Vətən Müharibəsindən sonra xaricə qaçdı. Onlar ABŞ-a, Kanadaya qaçdılar və düşmənimiz onlara arxalandı”,- deyən Putin Sovet İttifaqının dağılmasından sonra Ukraynada hakimiyyətə anti-Rusiya əhval-ruhiyyəsi olan insanların gəldiyini bildirib: “Bu və ya digər prezidentin soyadının nə olmasının belə əhəmiyyəti yoxdur. Onlar özlərini aqressiv, həyasız apardılar və bir anda onların altına düşdülər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}