Xerson vilayətinin rəhbəri: "Mindən çox uşaq oğurlanıb"
Tarix: 16-02-2024 12:52 | Bölmə: Dünya
Xerson vilayətinin rəhbəri: "Mindən çox uşaq oğurlanıb"

"Mindən çox uşaq hələ də vilayətimizdə itkin düşmüş sayılır".

Reyting.az x
əbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib.

"Onların harada olduğu məlum deyil. Şahidlərin sözlərinə görə, onların bəziləri girovluqdadır. Yaxud onlar Ukraynanın nəzarətində olmayan, yəni Rusiyanın işğalı altında olan ərazilərdədir və rusiyalılar tərəfindən saxlanılırlar. Daha əvvəl fiziki qüsurlu uşaqlar Rusiya ərazisinə aparılıb. İndi biz beynəlxalq təşkilatlarla birlikdə yavaş-yavaş onları ailələrinə sağ-salamat geri qaytarmağa çalışırıq. Onlar mindən çox uşağı Rusiyaya aparıblar. Bunlar əsasən ailəsiz aparılan uşaqlardır", - o əlavə edib.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}