20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyə XİN: "AŞPA-nın Azərbaycanla bağlı qərarı Cənubi Qafqazda sülhə xidmət etməyəcək"
Tarix: 16-02-2024 14:30 | Bölmə: Dünya
Türkiyə XİN: "AŞPA-nın Azərbaycanla bağlı qərarı Cənubi Qafqazda sülhə xidmət etməyəcək"

"Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir:

“Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər