18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Üç mindən çox yük maşını Polşa-Ukrayna sərhədində gözləyir
Tarix: 16-02-2024 14:55 | Bölmə: Dünya
Üç mindən çox yük maşını Polşa-Ukrayna sərhədində gözləyir

Polşalı fermerlərin blokadası səbəbindən üç mindən çox yük maşını Polşa və Ukrayna sərhədində növbəyə durub.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

O qeyd edib ki, fevralın 16-da səhər saatlarına olan məlumata görə, sərhəddə 5 keçid məntəqəsi bağlanıb.

“Bu, “Yaqodin”, “Rava-Russkaya”, “Şeqini”, “Ustiluq”, “Uqrinov” keçid məntəqələrinin istiqamətləridir. Bütün bu istiqamətlərdə ümumilikdə 1400 yük maşını sərhədin o biri tərəfində növbələrdə dayanıb. Yük maşınları ən çox "Yaqodin" və "Rava-Russkaya" keçid məntəqələrinin qarşısındadır", - Demçenko bildirib.

Dövlət Sərhəd Xidmətinin nümayəndəsi əlavə edib ki, növbələr çoxalır, lakin sərhəd keçidlərinin sayı azdır. O cümlədən, “Yaqodin” keçid məntəqəsi istiqamətində son 24 saat ərzində hər iki istiqamətdə cəmi 145 yük maşını sərhədi keçib.

Dövlət Sərhəd Xidməti polşalı fermerlərin Krakovets-Korçova keçid məntəqəsini də bağladığını bildirib.

Polşanın kənd təsərrüfatı naziri Çeslav Sekerski isə deyib ki, bəzi kənd təsərrüfatı məhsullarının ixracı şərtləri ilə bağlı Ukrayna ilə danışıqlar yekun mərhələdədir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}