18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Kamala Harris: Kollektiv gücümüz Putinin uğursuzluğunun açarıdır
Tarix: 17-02-2024 19:58 | Bölmə: Dünya
Kamala Harris: Kollektiv gücümüz Putinin uğursuzluğunun açarıdır

ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, Birləşmiş Ştatlar Ukraynaya dəstəyini davam etdirəcək və Rusiya etdiklərinin əvəzini ödəyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə vitse-prezident Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.

“İki il əvvəl Münhendə çoxları Kiyevin dağılacağına inanır və bunun bir neçə günə baş verəcəyini düşünürdü. Ukrayna xalqının cəsarəti və ABŞ-ın başçılıq etdiyi 50 ölkədən ibarət koalisiyanın dəstəyi sayəsində Kiyev azad paytaxt olaraq qalır”, - Harris qeyd edib.

Onun sözlərinə görə, Ukrayna öz mübarizəsində qeyri-adi nəticələr və uğurlar qazanıb.

“Rusiyanın iqtisadiyyatı Ukraynadan on dəfə, əhalisi üç dəfə çoxdur. Həm də bir vaxtlar dünyada ikinci sayılan hərbi qüvvədir. Siz Rusiyanın hücumu qarşısında güc nümayiş etdirirsiniz, ərazinin yarıdan çoxunu geri aldınız. Həmin əraziləri Rusiya münaqişənin əvvəlində ələ keçirib. Siz isə Rusiyanın Qara Dəniz Donanmasına düzəlməz ziyan vura bildiniz”, - vitse-prezident bildirib.

Bundan əlavə, o əlavə edib ki, mülki infrastruktura qarşı ekstremal hücumlara baxmayaraq, xüsusilə Ukrayna öz elektrik enerjisinin istehsalını davam etdirir.

“Siz Ukraynanın Qərbə inteqrasiyası üçün yardım alırsınız. Kollektiv gücümüz Putinin uğursuzluğunun açarıdır. Biz sizin ölkənizi dəstəkləyirik və dəstəyimizi davam etdirmək ABŞ-ın strateji maraqlarına uyğundur”, - Harris vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}