18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Harris: “Navalnının ölümü Putinin qəddarlığını göstərir”
Tarix: 17-02-2024 20:26 | Bölmə: Dünya
Harris: “Navalnının ölümü Putinin qəddarlığını göstərir”

“Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının ölüm xəbəri Rusiya prezidenti Vladimir Putinin qəddar olduğunu təsdiqləyir”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris Münhendə deyib.

“Dünən Aleksey Navalnının ölüm xəbərini eşitdik. Onun həyat yoldaşı Yuliya ilə görüşdüm. Bu barədə ikrah hissimi bildirdim”, - Harris deyib.

Harris xatırladıb ki, Navalnı korrupsiya və avtokratiya əleyhinə danışıb, həqiqəti müdafiə edib: “Onun ölüm xəbəri Putinin qəddar olduğunun təsdiqidir. Və buna görə də biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Ukrayna bu vəhşiliyə qarşı qəhrəmancasına mübarizə aparır”.

Qeyd edək ki, fevralın 16-da Navalnının Rusiya koloniyasında öldüyü məlum olub. Rusiya Federal Penitensiar Xidmətinin məlumatına görə, siyasətçi gəzintidən sonra qəfil xəstələnib və həkimlər onu həyata qaytara bilməyiblər. Daha sonra Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Qərbi Navalnının ölümü ilə bağlı “sərsəm bəyanatlar verməkdə” ittiham edib. Onun sözlərinə görə, siyasətçinin ölümü ilə bağlı Rusiyaya qarşı heç bir sübut yoxdur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}