20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyanı terrorizmin sponsorları siyahısına salmaq təklif olunur
Tarix: 19-02-2024 00:23 | Bölmə: Dünya
Rusiyanı terrorizmin sponsorları siyahısına salmaq təklif olunur

Amerikalı senator Lindsey Qrem yenidən Rusiyanı ABŞ-ın terroru himayə edən ölkələr siyahısına əlavə etməyi təklif edib.

Reyting.az
xəbər verir ki, o, bu barədə CBS telekanalının efirində bildirib.

Siyasətçinin fikrincə, bu, Vaşinqtona Moskvaya qarşı daha çox sanksiyalar tətbiq etməyə imkan verəcək. “Gəlin, Amerika qanunlarına görə, Rusiyanı terrorizmin himayədar dövlətinə çevirək”, - o vurğulayıb.

Qrem etiraf edib ki, belə bir qanun layihəsi yaxın 30 gün ərzində təqdim oluna bilər.

Xatırladaq ki, 2022-ci ilin iyulunda ABŞ Senatı ABŞ Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağıran qətnamə qəbul edib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Amerika kəşfiyyat xidmətlərinin Çeçenistandakı yaraqlılara kömək etdiyini və bununla bağlı Moskvanın etirazlarına məhəl qoymadığını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər