18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İsrail: “HƏMAS girovları qaytarmasa, mart ayında Rəfahı alacağıq”
Tarix: 19-02-2024 10:15 | Bölmə: Dünya
İsrail: “HƏMAS girovları qaytarmasa, mart ayında Rəfahı alacağıq”

Martın ilk ongünlüyünün sonu və Ramazan ayının əvvəlində radikalların əlində olan girovlar azad olunmasa, İsrail Qəzza zolağında hərbi əməliyyatını ölkənin cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcək.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı İsrailin sabiq müdafiə naziri Benni Qantz ABŞ yəhudi təşkilatları rəhbərliyinin Qüdsdə keçirilən konfransı zamanı edib.

“Dünya və HƏMAS liderləri bilməlidir ki, Ramazana qədər girovlarımız evdə olmasalar, Rəfah bölgəsi də daxil olmaqla, hər yerdə döyüşlər davam edəcək. Biz bunu koordinasiyalı şəkildə edəcəyik, dinc əhalinin tələfatını minimuma endirmək üçün amerikalı və misirli tərəfdaşlarımızla dialoq əsasında mülki şəxslərin təxliyəsini asanlaşdıracağıq”, - Müdafiə Nazirliyinin keçmiş rəhbəri və İsrail ordusunun Baş Qərargah rəisi Qantz bildirib.

“Rəfah hücumunun dəyərinin çox baha olduğunu deyənlərə açıq şəkildə bildirirəm ki, HƏMAS-ın seçimi var: onlar təslim olub girovları azad edə, sonra qəzzalılar müqəddəs Ramazan bayramını qeyd edə bilərlər”, - Gantz əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}