20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nikki Heyli: “Ukraynaya dərhal yardım ayrılmalıdır”
Tarix: 19-02-2024 10:23 | Bölmə: Dünya
Nikki Heyli: “Ukraynaya dərhal yardım ayrılmalıdır”

Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ prezidentliyinə iddialı Nikki Heyli Rusiyaya qarşı müharibədə Ukraynaya əlavə yardım ayrılmasının tərəfdarıdır.

Reyting.az
xəbər verir ki, o, Rusiya lideri Putinin etibar edilə bilən bir insan olmadığını deyib.

“Ukraynanın qələbəsini təmin etməyin vacibliyi aydındır, çünki biz gələcək müharibənin qarşısını almalıyıq. Və hazırda Putin özünü həmişəkindən daha cəsarətli hiss edir”, - o deyib.

Heyli hesab edir ki, prezident Co Bayden amerikalılara Ukraynanın niyə vacib olduğunu izah etməyib. “O, bir dəfə də olsun Amerika xalqına İsraillə baş verən terror fəaliyyətləri və İranın niyə bu qədər təhlükəli olması barədə danışmayıb. O, heç vaxt Çindən gələn təhdidlərdən söz açımır”,- deyə Heyli əlavə edib.

Prezidentliyə namizəd vurğulayıb ki, ABŞ-ın düşmənləri “Baydenin bu cəbhədəki uğursuzluğunu” görür, eyni zamanda Donald Trampın Ukraynaya təcavüzündən narahat olmadığı barədə bəyanatlarını eşidirlər. Polşa və Baltikyanı ölkələr Rusiyanın hücumu təhlükəsi altındadır.

“Bu, Amerikanı dərhal müharibəyə sürükləyir. Biz bundan qaçmağa çalışırıq. Və buna görə də bu yardım paketi çox vacibdir. Ukrayna qoşun istəmir, sadəcə, bu müharibədə qalib gəlmək üçün texnika və sursat istəyir. Onların çoxlu gücü var. Biz verməliyik ki, qalib gələ bilsinlər və bizim hərbçilərimizin və qadınlarımızın döyüşə göndərilməsinin qarşısını ala bilək”, - Trampın rəqibi qeyd edib.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Demokrat namizədləri hazırkı Amerika prezidenti Co Bayden və ABŞ Nümayəndələr Palatasının üzvü Din Fillips irəli sürüb. Respublikaçılardan - keçmiş prezident Donald Tramp və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli əsas namizədlərdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər