18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Çin: “Rusiyaya silah tədarükü həyata keçirmirik”
Tarix: 19-02-2024 11:05 | Bölmə: Dünya
Çin: “Rusiyaya silah tədarükü həyata keçirmirik”

Çinin xarici işlər naziri Vanq Yi əmin edir ki, onlar Rusiya Federasiyasına silah tədarük etmirlər.

Reyting.az
xəbər verir ki, Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı ilə görüşüb.

Çin Xarici İşlər Nazirliyinin bəyanatında Çin ümid edir ki, ölkələr arasındakı münasibətlər iki xalqa fayda verməyə davam edəcək.

“Vanq Yi Ukrayna məsələsində Çinin prinsipial mövqeyini açıqlayıb və vurğulayıb ki, Çin qaynar nöqtə məsələlərinin siyasi həllinə sadiqdir, sülhün zəruriliyinə israrla inanır və danışıqları təşviq edir, odun üstünə yağ tökmür, fürsətdən istifadə etmir, münaqişə zonalarına və ya münaqişə tərəflərinə ölümcül silah satmır”, - Çin Xarici İşlər Nazirliyi qeyd edib.

Xatırladaq ki, payızda Pentaqon məlumat vermişdi ki, 2022-ci ilin martından 2023-cü ilə qədər Çin firmaları Rusiyaya 12 milyon dollardan çox dəyərində PUA və onlar üçün komponentlər ixrac edib. Həmçinin ABŞ Çinin Rusiyaya kütləvi şəkildə atıcı silahlar və ikili təyinatlı mallar satdığına inanırlar.

Bu yaxınlarda mətbuatda Avropanın yeni sanksiyalar paketində Rusiyanın təcavüzünü dəstəkləyən Çin şirkətlərinə məhdudiyyətlərin ola biləcəyi barədə məlumatlar yayılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}