18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Finlandiya nüvə silahlarını öz ərazisində yerləşdirmək istəmir
Tarix: 19-02-2024 12:59 | Bölmə: Dünya
Finlandiya nüvə silahlarını öz ərazisində yerləşdirmək istəmir

Finlandiya hakimiyyəti ABŞ-ın nüvə arsenalını öz ərazilərində saxlamağa ehtiyac görmür.

Reyting.az
xəbər verir ki, bunu Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində Finlandiyanın baş naziri Petteri Orpo deyib.

Baş nazir bildirib ki, ABŞ-ın nüvə silahlarının Finlandiyada yerləşdirilməsi lazım deyil, çünki NATO özü bunun qarşısının alınmasını təmin edir.

O vurğulayıb ki, NATO-nun təhlükəsizliyini təmin etmək üçün alyansın bir sıra ölkələrində artıq yerləşdirilmiş nüvə silahları kifayət qədərdir. Buna baxmayaraq, hökumət başçısı bildirib ki, Finlandiya “adi silahlardan istifadə etməklə [ittifaq üçün potensial təhlükələrin] qarşısını almaqda iştirak etməyə diqqətlə hazırlaşır”.

Qeyd edək ki, ABŞ nüvə arsenalını Nüvə Paylaşımı Proqramının bir hissəsi kimi NATO ölkələrində yerləşdirir. Əvvəllər Polşa hakimiyyət orqanları proqrama qoşulmaq arzusunu bildiriblər.

Onu da qeyd edək ki, Finlandiya 4 aprel 2023-cü ildə Şimali Atlantika Alyansına üzv olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}