18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Yuliya Navalnaya: “Alekseyin niyə öldürüldüyünün səbəbini açıqlayacağıq”
Tarix: 19-02-2024 17:46 | Bölmə: Dünya
Yuliya Navalnaya: “Alekseyin niyə öldürüldüyünün səbəbini açıqlayacağıq”

Aleksey Navalnının xanımı Yuliya sosial şəbəkələrdəki paylaşımında qeyd edib ki, Aleksey Navalnının işini davam etdirəcək. O, Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaq üçün siyasətə gələcəyini bildirib.

Reyting.az
xəbər verir ki, Aleksey Navalnının xanımı ölkə vətəndaşlarına çağırış da edib:

“Ölkəmiz uğrunda mübarizəyə davam edin”.

Yuliya Navalnaya əlavə edib ki, FBK komandası siyasətçinin qətlinin təfərrüatlarını açıqlayacaq: “Biz Putinin 3 gün əvvəl Alekseyi niyə öldürdüyünü bilirik. Bu barədə sizə tezliklə məlumat verəcəyik. Bu cinayəti kimin və necə həyata keçirdiyini mütləq öyrənəcəyik. Adları çəkib, üzləri göstərəcəyik”.

Y. Navalnaya bildirib ki, A. Navalnı və özünüz üçün edə biləcəyiniz əsas şey mübarizəni davam etdirməkdir: “Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimin yarısını və ruhumun yarısını öldürdü. Amma o biri yarısı hələ də məndədir və bu, mənə deyir ki, təslim olmağa haqqın yoxdur”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}