18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ və Aİ Ukrayna ordusunun dağılacağından qorxur
Tarix: 19-02-2024 23:08 | Bölmə: Dünya
ABŞ və Aİ Ukrayna ordusunun dağılacağından qorxur

Münhen Təhlükəsizlik Konfransında iştirak edən Ukraynanın tərəfdaşları Ukrayna ordusunun cəbhədəki perspektivlərindən narahat olduqlarını bildiriblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilir ki, Qərbin yüksək səviyyəli siyasətçiləri və rəsmilərinin fikrincə, ABŞ-dan 60 milyard dollarlıq yeni hərbi yardım paketi təsdiqlənməsə, Ukrayna müharibəni uduzacaq. Bununla yanaşı, nəşrin həmsöhbətlərinin çoxu Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsinin necə olacağına cavab verməkdə çətinlik çəkiblər.

ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin rəhbəri, demokrat senator Mark Uornerin sözlərinə görə, Nümayəndələr Palatasının yeni yardım paketini təsdiqləməsi Ukrayna üçün “dəyişmə anı” olacaq. Bununla belə, Uorner bu addımın ölkənin müharibədə qələbəsini təmin edəcəyini iddia etməyib, sadəcə, bildirib ki, Amerika yardımı Kiyevin son və ən yaxşı ümididir.

Eyni zamanda, “Politico”-nun ümumilikdə 13 həmsöhbəti şikayət edib ki, Ukraynaya dəstək vermək üçün hazırkı plan sadəcə olaraq onun silahlı qüvvələrinin döyüş sursatı, şəxsi heyət çatışmazlığı və Avdeevkanın rus qoşunları tərəfindən tutulması fonunda dağılmamasıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}