20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynaya uçan rusiyalı pilot İspaniyada öldürülüb - Yenilənib
Tarix: 20-02-2024 08:32 | Bölmə: Dünya
Ukraynaya uçan rusiyalı pilot İspaniyada öldürülüb

2023-cü ilin yayında “Mi-8” helikopteri ilə Ukraynaya uçan rusiyalı pilot Maksim Kuzminova İspaniyaya getməmək və Ukraynada qalmaq təklif olunub.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İspaniyada öldürülən rus pilot haqqında danışarkən deyib.

O, İspaniyada rusiyalı pilotun öldürülməsi ehtimalına münasibət bildirərək, İspaniya hüquq-mühafizə orqanlarının rəsmi nəticələrini gözləməyə çağırıb. Danilovun sözlərinə görə, belə hadisələrdə iştirak edən insanlar ayıq-sayıq olmalıdırlar.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib: “Ölkəmizin təklifi onun Ukraynada qalması idi. O, burada mütləq qorunacaqdı. Və mən hesab etmirəm ki, onlar (ruslar) burada İspaniyada olduğu kimi qəddarlıq edə bilərlər”.

Xatırladaq ki, dünən günorta saatlarında internetdə Maksim Kuzminovun Alikantedə ölü tapıldığı barədə məlumat yayılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi onun ölüm faktını təsdiqləyib. Daha sonra kəşfiyyat mənbələri bildiriblər ki, “Mi-8”-in pilotu Ukraynada qalmamağa, İspaniyaya köçməyə qərar verib. O, güllələnmiş halda tapılıb və yaxınlıqda basqınçılara aid ola biləcək yanmış avtomobil də tapılıb. Ehtimal olunur ki, pilotun öldürülməsi rus kəşfiyyatının “işidir”.

***

İspaniyada güllələnən rus təyyarəçinin üstündən saxta sənədlər tapılıb

Reyting.az
xəbər verir ki, bu barədə EFE agentliyi məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, İspaniyanın Vilyaxoyos şəhərində öldürülən rusiyalı satqın hərbi pilot Maksim Kuzminovun üstündən saxta pasport çıxıb.

Təhqiqata yaxın mənbənin dediyinə görə, öldürülənin üstündəki sənədlərdə 33 yaşlı bir ukraynalının da adı keçir. Kuzminovun 28 yaşı vardı.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər