Macarıstan parlamenti İsveçin NATO-ya üzv olub-olmamasını səsverməyə çıxaracaq
Tarix: 20-02-2024 13:02 | Bölmə: Dünya
Macarıstan parlamenti İsveçin NATO-ya üzv olub-olmamasını səsverməyə çıxaracaq

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasının ratifikasiyası üçün səsvermə tarixini - fasilədən qayıtdıqdan sonra ilk günə təyin edib.

Reyting.az
xəbər verir ki, Qərb agentlikləri bu barədə məlumatı “Fidesz” parlament fraksiyasının lideri Mate Kosiçin dərc etdiyi sənədə istinadla yayıb.

Kosiç bildirib ki, fevralın 26-da keçiriləcək iclasda İsveçin Şimali Atlantika Alyansına daxil olmasının ratifikasiyası məsələsi gündəliyə daxil ediləcək və hakim partiyanın deputatları onu dəstəkləmək niyyətindədirlər.

Qeyd edək ki, daha əvvəl Macarıstanın baş naziri Viktor Orban məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, parlament fevralın 26-dan etibarən "yaz sessiyasının əvvəlində" bu məsələyə baxacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}