20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Daha bir ölkə Navalnının ölümünə görə Rusiya səfirini XİN-ə çağırıb
Tarix: 21-02-2024 00:02 | Bölmə: Dünya
Daha bir ölkə Navalnının ölümünə görə Rusiya səfirini XİN-ə çağırıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani fevralın 20-də Rusiya səfiri Aleksey Paramanovu rus müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı “aydınlığa çağırıb”.

Reyting.az
xəbər verir ki, bu barədə “La Stampa” məlumat yayıb.

Rusiya KİV-ləri isə yazır ki, İtaliyadakı səfiri çağırmaqda məqsəd Moskvaya təzyiqləri artırmaq və Rusiyanı müxalifət liderinin ölümünə görə qınamaqda Avropanın birliyini nümayiş etdirmək cəhdləridir.

Həmçinin, İtaliya Xarici İşlər Nazirliyinin mənbələri “La Stampa”-ya bildiriblər ki, söhbət Rusiya təbliğatının Avropa ölkələrində ictimai rəyə təsir etmək üçün “yumşaq” cəhdlərinə qarşı mübarizədən gedir.

Qeyd edək ki, İsveç, Finlandiya, İspaniya, Almaniya, Norveç, Polşa və digər ölkələr də daha əvvəl rusiyalı müxalifət liderinin ölümünə görə Rusiya səfirlərini çağırmışdılar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər