20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ İsrailə qarşı BMT TŞ-ya müraciət edib
Tarix: 21-02-2024 11:20 | Bölmə: Dünya
ABŞ İsrailə qarşı BMT TŞ-ya müraciət edib

ABŞ İsrailin Rəfahdakı quru əməliyyatına qarşı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib.

Reyting.az
xəbər verir ki, İsrail ordusunun Qəzzada HƏMAS-a qarşı müharibəsi çərçivəsində 1 milyondan çox köçkün fələstinlinin sığındığı Rəfahda mümkün quru əməliyyatı ilə bağlı narahatlıqlar davam edir.

Tel-Əviv administrasiyası bütün girovları azad etmək üçün HƏMAS-a martın 10-dək vaxt verib və əks halda Rəfaha quru əməliyyatına başlayacağını açıqlayıb. HƏMAS isə İsraillə girovların dəyişdirilməsi üçün Qəzza zolağına hücumların dayandırılmasını, bölgəyə yardımların edilməsini, İsrail həbsxanalarında olan fələstinli məhbusların azad edilməsini şərt kimi irəli sürüb. Buna görə də ABŞ, Misir və Qətərin rəhbərlik etdiyi atəşkəs danışıqları heç bir nəticə verməyib.

Bununla belə, Vaşinqton BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) İsrail-HƏMAS müharibəsində müvəqqəti atəşkəs tələb edən və İsrailin Rəfahda quru əməliyyatına qarşı çıxan alternativ qətnamə layihəsi təqdim edib. Beləliklə, ABŞ Rəfaha qarşı quru əməliyyatının qarşısını almaq üçün addım atıb.

Layihədə “mövcud şəraitdə Rəfaha qarşı böyük quru əməliyyatının mülki şəxslərə daha çox zərər verəcəyi və potensial olaraq daha çox insanı didərgin salacağı” ifadə edilib. Bildirilib ki, belə bir addım regional sülh və təhlükəsizliyə ciddi təsirlər göstərəcək. Sənəddə “quru əməliyyatı edilməməli” olduğu vurğulanıb.

Avropa İttifaqının (Aİ) komissarı C. Borrell bildirib ki, Macarıstan istisna olmaqla, 26 Aİ üzvü Qəzzada “davamlı atəşkəsə səbəb olacaq təcili humanitar fasiləyə” çağırıb.

Borrell İsrail hökumətindən Rəfaha hücum etməməyi xahiş edib. AB daxilində İsrailə böyük dəstək verən Macarıstan bu çağırışa qoşulmayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər