20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Cənubi Koreya Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirəcək
Tarix: 26-02-2024 09:51 | Bölmə: Dünya
Cənubi Koreya Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirəcək

Cənubi Koreya Rusiya və Belarusa ixracı qadağan edilən siyahıya daxil olan mallara ixrac nəzarətini gücləndirəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi bildirib.

“Nazirlik əlaqədar təşkilatlarla əlaqələr vasitəsilə ixrac nəzarətini gücləndirəcək, çünki ixrac nəzarətindən yayınmağa cəhdlər və dairəvi marşrutlar vasitəsilə daşınmaların sayı artacaq”,- Koreya tərəfi bildirib.

Nazirlik bəyan edib ki, Cənubi Koreya icazəsiz ixracın qarşısını almaq üçün ixracatçıları nəzarət edilən məhsulların yenilənmiş siyahısı barədə məlumatlandırmağa səy göstərəcək.

Qeyd edək ki, ötən həftə Cənubi Koreya faktiki və ya potensial hərbi təyinatlı 682 məhsulu Rusiya və Belarusa çatdırılması qadağan olunan mallar siyahısına əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər