20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kreml: "NATO ilə birbaşa hərbi toqquşma qaçılmaz ola bilər"
Tarix: 27-02-2024 14:32 | Bölmə: Dünya
Kreml: "NATO ilə birbaşa hərbi toqquşma qaçılmaz ola bilər"

NATO ilə birbaşa hərbi toqquşma qaçılmaz ola bilər.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

O bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə NATO ilə Rusiya Federasiyası arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq.

D.Peskovun sözlərinə görə, Qərb ölkələrinin Ukraynaya qoşun yeritməsi onların “isti münaqişəyə” cəlb olunması deməkdir: “Qərbdə Ukraynaya qoşun yeritmək imkanının müzakirəsi mühüm və yeni elementdir”.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios də söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin, NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib. Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır. Litva XİN başçısı Qabrielius Landsbergis da Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl demişdi ki, NATO müharibəyə qoşula bilər(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər