20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baş nazir Avropanı sosial müavinətləri kəsməyə və müdafiəyə daha çox xərcləməyə çağırır
Tarix: 27-02-2024 15:32 | Bölmə: Dünya
Baş nazir Avropanı sosial müavinətləri kəsməyə və müdafiəyə daha çox xərcləməyə çağırır

“Avropa sosial təminat xərclərini məhdudlaşdırmalı, pulu müdafiə və təhlükəsizliyi maliyyələşdirmək üçün istifadə etməlidir. Bu, “daha aqressiv Rusiyanı” cilovlamaq üçün lazımdır”.

Reyting.az
xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.

Onun sözlərinə görə, “sadəlövh” qitə 1930-cu illərin səhvlərindən qaçmalı və Ukraynanı ilk hədəfinə çevirmiş imperialist Rusiyanı çəkindirmək üçün müdafiə sənayesini gücləndirməlidir.

“Azadlığın bir qiyməti var. Avropa nöqteyi-nəzərindən etiraf etməliyik ki, biz öz müdafiəmizə və təhlükəsizliyimizə kifayət qədər pul xərcləməmişik”, - Frederiksen bildirib.

O qeyd edib ki, 1990-cı illərin əvvəllərində Soyuq Müharibə başa çatdıqdan sonra Danimarka və digər ölkələr hərbi büdcələrini kəsiblər. “Biz bunu edəndə sosial təminat və ya vergilərin azaldılmasına daha çox pul xərcləyə bildik. Bu haqda danışmalıyıq ki, əgər dünya mənim düşündüyüm istiqamətdə dəyişirsə, o zaman bir qəpik də xərcləmək olmaz”, - Danimarkanın baş naziri əlavə edib.

Qeyd edək ki, 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra Avropada müdafiə xərcləri tədricən artıb. Əvvəllər bir neçə Avropa ölkəsi NATO-nun qeyri-rəsmi hərbi xərc tələblərini yerinə yetirirdisə, ABŞ ilə birlikdə onlardan 17-si bu il milli gəlirin 2 faizdən çoxunu xərcləyəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər