20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Putinin strategiyası ilə bağlı proqnozlar təsdiqini tapır
Tarix: 27-02-2024 16:36 | Bölmə: Dünya
Putinin strategiyası ilə bağlı proqnozlar təsdiqini tapır

Rusiyanın başladığı müharibənin uzanması ABŞ-ın Ukraynaya dəstəyini azaldır.

Reyting.az
xəbər verir ki, bunu “Business Insider”ə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya departamentinin keçmiş rəhbəri Stiv Holl bildirib.

“Bir neçə həftə Rusiya prezidenti Vladimir Putin üçün çox yaxşı oldu. Düşünürəm ki, biz bunu onun davranışında və dediyi sözlərdə hiss edə bilərik”, - Holl deyib.

Onun sözlərinə görə, Putin öz yaxın çevrəsindəki skeptiklərə Ukrayna ilə bağlı strategiyasında haqlı olduğunu deməyə başlayıb: “Putin əvvəlcə mahiyyətcə deyirdi: baxın, uzunmüddətli perspektivdə əgər biz orada qalsaq, Qərb və xüsusilə ABŞ diqqətini itirəcək. Əsəbləri tarıma çəkiləcək. Onlar bu və ya digər şəkildə Ukraynaya dəstəyi dayandıracaqlar, sadəcə, səbrli olun”.

MKİ analitiki əlavə edib ki, iki ildən sonra Putin “səbr öz bəhrəsini verməyə başlayır”,- deyə bilər.

Holl qeyd edib ki, indi Qərb Putinə səhv etdiyini göstərməlidir.

Xatırladaq ki, ABŞ-da respublikaçılar və demokratlar arasındakı fikir ayrılığı səbəbindən bir neçə aydır Ukraynaya əlavə yardım paketi təsdiq edilmir.

Onu da qeyd edək ki, bu gün ABŞ prezidenti Co Baydenin Konqres liderləri və Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşü planlaşdırılır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər