20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Şolts Ukraynaya qoşun göndərmək təklifini rədd edib
Tarix: 27-02-2024 16:51 | Bölmə: Dünya
Şolts Ukraynaya qoşun göndərmək təklifini rədd edib

Almaniya kansleri Olaf Şolts Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək ideyasını qəti şəkildə rədd edib.

Reyting.az
xəbər verir ki, bu barədə O. Şolts “Twitter”-də (X) yazıb.

"Dünən Parisdə razılaşdıq ki, hər kəs Ukrayna üçün daha çox iş görməlidir. Onun silah, sursat və hava hücumundan müdafiəyə ehtiyacı var. Biz bunun üzərində işləyirik”, - yazan Almaniya kansleri qeyd edib ki, Avropa ölkələrindən və ya NATO-dan Ukraynaya quru qoşunları göndərilməyəcək.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Parisdə keçirdiyi görüşdən sonra bu məsələdə müttəfiqlər arasında konsensus olmadığını vurğulasa da, gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib.

Makronun bəyanatından sonra Çexiya, Polşa və İsveç öz ordusunu Ukraynaya göndərmək fikrini nəzərdən keçirmədiklərini bildiriblər.

NATO-nun baş katibi Yens Stoltenberq isə deyib ki, Alyans Ukraynaya qoşun yeritməyi planlaşdırmır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər