18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İsrail Suriyaya hava zərbəsi endirib
Tarix: 29-02-2024 09:20 | Bölmə: Dünya
İsrail Suriyaya hava zərbəsi endirib

İsrail aviasiyası Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı bəzi obyektlərə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, Suriya Müdafiə Nazirliyi hava hücumunun İsrail tərəfindən həyata keçirildiyini açıqlayıb.

Nazirlik hava hücumunun İsrailin işğal etdiyi Colan təpələrindən Dəməşq çölündəki ərazilərə endirildiyini bəyan edib.

“Havadan müdafiə sistemlərimiz raketlərə müqavimət göstərdi və əksəriyyətini vurdu”, - Suriya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, hücum yalnız maddi ziyana səbəb olub.

Xatırladaq ki, İsrailin Suriya ərazisinə hava hücumlarının hədəfi əsasən İran qüvvələri və ya İrana bağlı qüvvələr olur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}