18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
82 yaşlı senator vəzifəsi ilə vidalaşmağa hazırlaşır
Tarix: 29-02-2024 12:54 | Bölmə: Dünya
82 yaşlı senator vəzifəsi ilə vidalaşmağa hazırlaşır

ABŞ Senatında Respublikaçı Azlıqların lideri Mitç Makkonell 2024-cü ilin noyabrında vəzifəsini tərk etmək qərarına gəlib.

Reyting.az
xəbər verir ki, siyasətçi ötən həftə 82 yaşının tamam olduğunu və karyerasına 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə başladığını bildirib.

“Ancaq həyatın ən çox qiymətləndirilməyən istedadlarından biri həyatın növbəti hissəsinə keçməyin vaxtının nə vaxt gəldiyini bilməkdir”,- o deyib. Bildirib ki, bu, onun Senatda Respublikaçı lider kimi son müddəti olacaq.

“Lakin mən yaxın vaxtlarda getməyəcəyəm. Noyabrda yeni lider seçənə və o, gələn ilin yanvarında sükanı əlinə keçirənə qədər həmkarlarım tərəfindən mənə tapşırılan işi yerinə yetirəcəyəm”, - senator deyib.

Qanunverici əmindir ki, “gələcək liderlər nəslinin” vaxtı çatıb.

Qeyd edək ki, Makkonel 1985-ci ildən senatordur və 18 il Senatda Respublikaçılar Partiyasının lideri olub ki, bu da belə bir vəzifə üçün rekorddur.

Makkonel həm də Ukraynaya hərbi yardımın artırılmasının əsas tərəfdarlarındandır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}