Ukraynada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bazaları var
Tarix: 01-03-2024 00:29 | Bölmə: Dünya
Ukraynada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bazaları var

Ukrayna ərazisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) çoxlu bazaları var.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi artıq çoxdandır ki, Ukrayna ərazisindədir.

Rusiya FTX-nın rəhbəri vurğulayıb ki, amerikalılar, britaniyalılar və fransızların təmsil olunduğu düşmən Ukrayna ərazisində fəal işləyir.

Rusiya qüvvələrinin Ukraynadakı Mərkəzi Kəşfiyyat İdarəsinin bazalarına çatmasının mümkün olub-olmaması ilə bağlı suala Bortnikov “İş gedir” cavabını verib.

Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukraynada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 12-dən çox bazasının olduğunu bildirmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}