Minlərlə həkim hökumətin planlarına etiraz üçün aksiya keçirib
Tarix: 03-03-2024 19:45 | Bölmə: Dünya
Minlərlə həkim hökumətin planlarına etiraz üçün aksiya keçirib

Cənubi Koreyada bazar günü minlərlə həkim hökumətin tibb fakültələri üçün kvotaları artırmaq planlarına qarşı kütləvi aksiya keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Şəxsi praktikantları təmsil edən və etiraz aksiyasının təşkilatçısı Koreya Tibb Assosiasiyasının məlumatına görə, hökumətdən planı ləğv etməyi tələb etmək üçün mitinqdə 40 minə qədər həkim iştirak edib.

Polis isə nümayişçilərin sayının 12 minə yaxın olduğunu bildirir.

Mitinq hökumətin kursant həkimlərin işə qayıtması üçün qoyduğu müddətin bitməsindən bir gün sonra baş tutub.

Assosiasiyanın sözçüsü Joo Su Xo agentliyə bildirib ki, hökumət tibb fakültələri üçün kvotaları artırmazdan əvvəl ilk növbədə mövcud tibb sistemində islahatlar aparmalıdır.

Qeyd edək ki, hökumət 2025-ci ildən başlayaraq tibb fakültələrinə qəbulu 2000-ə qədər artırmaq istəyir. Bu da indiki illik 3000-dən çox, 2035-ci ilə qədər isə daha 10.000 nəfər əlavə etməkdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}