20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 04-03-2024 12:51 | Bölmə: Dünya
Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə gəlib. Məlumata görə, diplomat Krım körpüsünə hücumlarla bağlı alman zabitləri arasında dərc olunmuş söhbətlə əlaqədar nazirliyə çağırılıb.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, Almaniya səfiri Xarici İşlər Nazirliyinin binasının girişində gözləyən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək diplomatik ofisə gedib.

Xatırladaq ki, martın 1-də RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, Almaniya kansleri Olaf Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etmədiyini və iştirak etməyəcəyini dediyi gün yüksək rütbəli alman zabitləri bu məsələnin mümkünlüyünü müzakirə ediblər. Simonyan təsdiqedici səs yazısının mövcudluğuna toxunub və sonra söhbətin stenoqramını dərc edib. Buradan belə nəticə çıxır ki, zabitlər “Taurus” raketlərinin Krım körpüsünü nə dərəcədə məhv etmək iqtidarında olduğunu müzakirə edib, həmçinin hücumun hazırlanmasının təfərrüatlarını müzakirə ediblər.

Onu da qeyd edək ki, Almaniya kansleri Olaf Şolts bir neçə gün əvvəl demişdi ki, “Taurus” uzaqmənzilli raketlərini Moskvaya zərbələr endirmək təhlükəsi səbəbindən Ukraynaya vermək istəmir.

Yazı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

My Webpage

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər