20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynalı deputatlar mandatdan imtina etmək istəyir
Tarix: 04-03-2024 15:39 | Bölmə: Dünya
Ukraynalı deputatlar mandatdan imtina etmək istəyir

Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasından olan deputatları vaxtından əvvəl mandatlarından imtina etməyi planlaşdırırlar.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Bildirilir ki, xeyli sayda deputat istefa vermək istəsə də, bu məsələ fraksiya rəhbərliyi səviyyəsində qəbul olunmur. “Əgər indi heç bir nəticə vermədən Radanı sakit şəkildə tərk etmək mümkün olsaydı, o zaman fraksiyadan, bütövlükdə parlamentdən nə qalacağı sual altındadır. İndi daxildə vəziyyət 2022-ci ilin yanvarından da pisdir”, - deyə mənbə əlavə edib.

“Strana”nın həmsöhbəti vurğulayıb ki, hazırda deputatlar “qlobal planlar haqqında” məlumatlı olmadığından proseslərin hara getdiyini başa düşmürlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər