Baş nazir: "Ukrayna Rusiya təbii qazının tranzitini uzatmağa hazırdır, ancaq..."
Tarix: 04-03-2024 18:06 | Bölmə: Dünya
Baş nazir: "Ukrayna Rusiya təbii qazının tranzitini uzatmağa hazırdır, ancaq..."

Ukrayna Avropa İttifaqı (Aİ) ölkələrinin təşəbbüsü ilə qaz nəqli sistemi vasitəsilə Rusiya qazının tranzitini uzatmağa hazırdır, lakin “Qazprom”la mövcud müqaviləni uzatmayacaq və ya yeni müqavilə imzalamayacaq.

“İnterfaks” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, əgər Avropa ölkələri vahid mövqedən çıxış edərsə və ya Avropa tərəfdaşlarından biri öz qazı üçün tranzit ölkə kimi çıxış edərsə, Ukrayna belə bir xidmət göstərməyə hazırdır: “Biz təşəbbüsü Aİ və avropalı tərəfdaşlarımızdan gözləyirik”.

Baş nazir qeyd edib ki, Ukraynanın qaz nəqli sistemi Rusiya qazının tranziti olmadan da işləməyə hazırdır(Report).




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}