18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Putin ABŞ Konqresindən istifadə edir” - Con Kirbi
Tarix: 05-03-2024 09:46 | Bölmə: Dünya
“Putin ABŞ Konqresindən istifadə edir”

“Kapitoliya təpəsindəki sistemimizin işləməməsi, şübhəsiz ki, Putinə böyük üstünlüklə öz hərbi mövqelərini yerləşdirmək imkanı verir”.

Reyting.az
-ın xəbərinə görə, bunu Ağ evin müşaviri Con Kirbi deyib.

Amerika rəsmisi bildirib ki, Kreml ABŞ Konqresinin Ukraynaya yardımla bağlı irəliləməməsindən istifadə edir.

Onun sözlərinə görə, Avdveeka ələ keçirildikdən sonra da ruslar dayanmır və Ukraynanın mövqelərinə daha dərindən irəliləməyə çalışırlar.

Kirbi əlavə edib ki, ukraynalı müdafiəçilər ABŞ-dan gözlədikləri dəstəyi almadıqları üçün öz mövqelərini saxlamaqda daha çox çətinlik çəkirlər. Bu kontekstdə Ağ ev sözçüsü bir daha Konqresi yardım paketini qəbul etməyə çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}