18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Tramp onu "Bibliya iblisi" adlandıran şəxsin mahnısından təbliğat üçün yararlanır - Foto
Tarix: 05-03-2024 12:25 | Bölmə: Dünya
Tramp onu "Bibliya iblisi" adlandıran şəxsin mahnısından təbliğat üçün yararlanır

Yenidən ABŞ prezidenti seçilmək istəyən Donald Trampın musiqiçilərlə bağlı qalmaqları bitmək bilmir. Seçki öncəsi təbliğat aksiyalarını cəlbedici etmək üçün məhşur ifaçıların repertuarından müxtəlif mahnı nümunələri səsləndirən ABŞ-ın keçmiş prezidenti D. Tramp növbəti dəfə yenə gündəmə qalmaqalla gəlib.

Reyting.az
xəbər verir ki, 2023-cü ilin 26 iyulunda vəfat etmiş irlandiyalı müğənni, məhşur estrada ulduzu Şineyd Okonnorun təmsilçiləri, ailə üzvləri sənətçinin "Nothing Compares 2 U" adlanan məhşur hitinin Trampın təbliğatı tədbirlərində səslənməsinə etiraz ediblər. İrlandiyalı məhşurun yaxınları öncə qadağa olmasına baxmayaraq, adıçəkilən mahnının fevral ayında Merilend ştatında Trampın təbliğat tədbirində təkrar səslənməsinə etirazlarını bildiriblər.



Şineyd Okonnorun ailə üzvləri məsələyə daha sərt reaksiya veriblər:

"Şişirtmədən deyə bilərik ki, müğənni özü də baş verənləri eşitsəydi çox məyus olardı, bunu özünə təhqir bilərdi, çünki zamanında o, Donald Trampı "Bibliya iblisi" adlandırmışdı”.

Xatırladaq ki, bundan əvvəl Rihanna, "The Rolling Stones" qrupu və Luçano Pavarotti ailəsi də sənətçilərin mahnılarının Trampın təbliğat tədbirlərində səsləndərilməsinə qarşı çıxmışdılar.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}