18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiyanın gəmisi göyərtəsindəki helikopterlə birlikdə batırılıb
Tarix: 06-03-2024 00:43 | Bölmə: Dünya
Rusiyanın gəmisi göyərtəsindəki helikopterlə birlikdə batırılıb

"Rusiya donanmasının dəyəri 60 milyon dollardan çox olan müasir gəmisinin məhv edilməsi təsdiqlənir. Bu, ən yeni gəmi idi. Üstəlik, onun göyərtəsində helikopterin də olduğu təsdiqini tapır”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Rusiyanın "Sergey Kotov" gəmisi ilə bağlı deyib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi bildirib ki, həm "Sergey Kotov" gəmisi, həm də helikopter döyüş növbətçiliyi zamanı, döyüş sursatları, mərmilər və bort topu ilə silahlanma həyata keçirib.

A. Yusov əlavə edib ki, gəminin məhvi zamanı ən azı yeddi nəfər həlak olsa da, ekipajın digər üzvləri təxliyə olunub.

Kəşfiyyat İdarəsinin nümayəndəsi belə əməliyyatların davam etdiriləcəyini deyib:

"Bu, yeni ildən bu yana üçüncü rus gəmisinin məhvidir. Bundan əvvəl "Sezar Kunikov" və "İvanovets" məhv edilib".

Xatırladaq ki, martın 5-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Qara dənizdə xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı Kerç boğazı yaxınlığında hərbi qulluqçuların patrul gəmisi Rusiyanın Qara Dəniz Donanmasının "Sergey Kotov"u “Magura-5” dronu ilə vurulub.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, məhv edilmiş “Sergey Kotov” gəmisinin göyərtəsində döyüş helikopteri də olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}