20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türk əsgərləri NATO təlimində
Tarix: 06-03-2024 10:24 | Bölmə: Dünya
Türk əsgərləri NATO təlimində

NATO-nun “Soyuq Müharibə” dövründən bu yana ən böyük təlimi olan “Steadfast Defender 24” təlimi Polşa mərhələsi ilə davam edir.

Reyting.az
xəbər verir ki, ötən həftə Polşanın Korzenyevo bölgəsində başlayan “Dragon 24” təlimində Türkiyə də daxil olmaqla 9 ölkə iştirak edir.

“Dragon 24” təlimləri çərçivəsində Baltikyanı ölkələrlə digər Avropa NATO üzvləri arasında nəqliyyatda strateji əhəmiyyətə malik olan Suvalki dəhlizində Vistula çayında istehkam və dispetçer işləri həyata keçirilib. Türk əsgərləri yerli istehsal olan türk bayraqlı zirehli texnika ilə təlimə qatılıb.

Dünən Polşa prezidenti Andjey Duda və ölkənin müdafiə naziri Vladislav Kosiniak-Kamysz tərəfindən də ziyarət edilən “Dragon 24” təlim mərhələsi martın 14-dək davam edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər