18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Husilər ABŞ gəmisini vurub, ölənlər var
Tarix: 07-03-2024 08:21 | Bölmə: Dünya
Husilər ABŞ gəmisini vurub, ölənlər var

Husilər Ədən körfəzində ABŞ-nin Barbadian bayraqlı "True Confidence" yük gəmisinə hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı sosial media hesabında məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 3 ekipaj üzvü həlak olub, 4 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

Gəminin göyərtəsində müxtəlif millətlərdən olan 20 dənizçi və üç mühafizəçi olub.

Husilərin hücumundan sonra gəmiyə ciddi ziyan dəyib və ekipajın əksəriyyətinin yeri məlum deyil. İngiltərə Dəniz Ticarət Təşkilatının məlumatına görə, ekipaj hadisədən dərhal sonra gəmini tərk edib.

Yük gəmisinə hücum Yəmənin Ədən limanı sahillərindən 50 dəniz mili aralıda baş verib.

Ticarət gəmisinə hücümun ballistik raket vasitəsilə həyata keçirildiyi dəqiqləşdirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}