20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya öz ərazisinə hücumları ört-basdır etməyə çalışır - Foto
Tarix: 07-03-2024 17:43 | Bölmə: Dünya
Rusiya öz ərazisinə hücumları ört-basdır etməyə çalışır

Leninqrad vilayətinin hakimiyyət orqanları pilotsuz təyyarələrdən istifadənin nəticələri haqqında məlumatların dərcini və fotoların yayılmasını qadağan edib. Regional Asayiş və Təhlükəsizlik Komitəsinin mart ayının 6-da yaydığı məlumatda belə deyilir.

Reyting.az
xəbər verir ki, qərar Leninqrad vilayəti üzrə yerli operativ qərargahın martın 4-də keçirilən iclasında qəbul edilib.

İclasın protokolunda deyildiyi kimi, tətbiq edilən qadağa “daimi” qüvvədə qalacaq.

Həmin iclasda hakimiyyət Rusiya Müdafiə Nazirliyi qüvvələrinin, aktivlərinin, eləcə də mühüm infrastruktur obyektlərinin yerini açıqlayan fotoların, videoların dərcini də qadağan edib.

Bundan əlavə, operativ qərargah 2024-cü il 4 mart tarixli iclasın protokoluna əsasən martın 15-dək qərarın icra edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutan normativ aktın hazırlanması barədə göstəriş verib.



Rusiyada, martın 2-nə keçən gecə pilotsuz təyyarələrin Sankt-Peterburq və Leninqrad vilayətinə hücumunun nəticələrindən sonra belə məlumatların dərc edilməsi, yayılması qadağan edilib.

Xatırladaq ki, həmin gün baş verən hücum zamanı pilotsuz təyyarələrin əsas hədəfi müdafiə sənayesi zavodu və neft anbarı olsa da Sankt-Peterburqda beşmərtəbəli yaşayış binasında partlayış baş vermişdi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər