20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Maliyyə naziri: “Putinin aqressiyasına güc nümayiş etdirilməlidir”
Tarix: 08-03-2024 15:26 | Bölmə: Dünya
Maliyyə naziri: “Putinin aqressiyasına güc nümayiş etdirilməlidir”

“ABŞ Konqresinin Ukraynaya yeni yardımı təsdiqləməməsi Rusiya prezidenti Vladimir Putinə, İran və digər düşmənlərimizə “hədiyyə”dən başqa bir şey deyil, çünki Ukrayna qüvvələrinin Rusiya işğalı ilə mübarizə aparmaq üçün sursatı yoxdur”.

Reyting.az
“Röyter”ə istinadla bildirir ki, bunu ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.

Canet Yellen Vaşinqtonda Almaniyanın iqtisadiyyat naziri Robert Habeklə görüşü zamanı Nümayəndələr Palatasının spikeri Mayk Consonu Ukraynaya 61 milyard dollarlıq hərbi və iqtisadi yardım paketini tez bir zamanda verməyə çağırıb.

“Nümayəndələr Palatası dayanmağa davam etdikcə, Rusiya mövqe qazanır və Ukrayna öz sursat ehtiyatını məhdudlaşdırmağa məcburdur. Nümayəndələr Palatası hərəkətə keçməli və Putinin aqressiyası qarşısında ABŞ-nin Ukraynaya dəstəyinin gücünü nümayiş etdirməlidir”, - Yellen deyib.

Eyni zamanda, o vurğulayıb ki, Kiyevə büdcə dəstəyi artıq “möhkəm” şəffaflıq və nəzarətdən əlavə, Ukraynada islahatların davam etdirilməsindən asılı olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər