20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Putin niyə Belçikaya işarə edir?
Tarix: 09-03-2024 00:18 | Bölmə: Dünya
Putin niyə Belçikaya işarə edir?

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə çox danışılacaq açıqlama verib. Putin Belçikanın öz müstəqilliyini Rusiyaya borclu olduğunu bildirib. O, eyni zamanda ABŞ-ın siyasətinə toxunaraq, “ABŞ cini şüşədən çıxarıb”,- deyib.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən Ümumdünya Gənclər Festivalına gələn əcnəbi tələbələrə açıqlamasında söyləyib.

Putin qeyd edib ki, Rusiyanın yerləşdiyi yer sayəsində Belçika müstəqil dövlət kimi dünya xəritəsində görünməli olub. Beləcə, Rusiya prezidenti Vladimir Putin Avropanın ortasında yerləşən Belçikanın müstəqilliyini Rusiyaya borclu olduğunu iddia edib.

Qeyd edək ki, “Politico” rusların dondurulmuş aktivlərin müharibədə Ukraynanın xeyrinə istifadə edilib-edilməməsi ilə bağlı müzakirələr aparıldığını elan edib. “Politico”-ya görə, bu aktivlərin əksəriyyəti Belçikada saxlanılır. Və bu konteksdə Putinin Belçikaya mesaj verməsi təsadüfi deyil.

Rusiya lideri çıxışında ABŞ-la münasibətlərə də toxunub. O, ABŞ-nin öz maraqlarını qorumaq üçün İraq və Suriyada müharibələrə başladığını bildirib: “ABŞ cini şüşədən buraxdı. Əgər bu işləri özləri edə bilirlərsə, niyə digər ölkələr də öz maraqlarını eyni şəkildə müdafiə edə bilmirlər?”.

Putin Ukraynanın işğalını müdafiə edib:

“Rusiya niyə bunu edə bilmir? Biz niyə öz xalqımızın müdafiəsinə qalxmayaq? O, bizim milli sərhədlərimizdən 1000 kilometr uzaqda deyil, düz yanımızdadır. Üstəlik, insanlar bizə müraciət edərək bu yardımı gözləyirdilər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər