20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İrlandiya seçiciləri hökuməti məyus edib
Tarix: 10-03-2024 14:40 | Bölmə: Dünya
İrlandiya seçiciləri hökuməti məyus edib

İrlandiya Konstitusiyasında evlilik və qadınların ailədəki məsuliyyətini nəzərdə tutan müddəalarla bağlı iki əsas dəyişiklik qəbul edilməyib.

Reyting.az
xəbər verir ki, bunu İrlandiyanın baş naziri Leo Varadkar deyib. O, ölkədə keçirilən referendumda məğlub olduqlarını etiraf edib.

Səsvermənin rəsmi nəticələri hələ açıqlanmasa da, Varadkar bildirib ki, nəzərdə tutulan düzəlişlər “inandırıcı” və “ləyaqətli” iştirakçıların mövqeyinə rəğmən artıq rədd edilib.

Nəzərdə tutulan düzəlişlərə dəstək vermək məqsədi ilə İrlandiya partiyaları seçicilərinə müraciət edərək referendumda müzakirə mövzusu olan məsələlərə “hə” dedirtmək üçün kampaniya aparsalar da, nəticə gözlənilməz olub.

"Bizim əsas məsuliyyətimiz çoxluğu "hə" deyə səs verməyə inandırmaq idi, ancaq təəssüf ki, bunu edə bilmədik", - Varadkar əlavə edib.

Qeyd edək ki, başa çatmış referendumun birinci, əsas bəndində ailənin konstitusiya tərifinin genişləndirilməsi təklif edilirdi. Bu isə nikah əsasında qurulmuş vahid cütlərin, eynicinsli cütlərin “güclü münasibətlərinə” əsaslanan birliyi nəzərdə tuturdu.

Nəzərdə tutulan ikinci bənd isə qadınların evdə rolu barədə qanunun müddəasının, yəni ailənin bir-birinə göstərdikləri qayğıların formal olaraq rəsmən tanıyanlara aid edilməsini təsbit edirdi.

İrlandiya baş naziri L. Varadkar təəssüflə bildirib ki, o gender baxımından neytral maddəyə dəyişikliklər təklifinin də qəbul edilmədiyindən məyus olub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər