18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ukraynaya yeni qırıcı təyyarələr verəcəklər - Foto
Tarix: 11-03-2024 16:19 | Bölmə: Dünya
Ukraynaya yeni qırıcı təyyarələr verəcəklər

2024-cü ilin yayına qədər 12 ukraynalı pilot “F-16” qırıcılarını idarə etməyə hazır olacaqlar.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri ABŞ-ın rəsmi mənbələrinə istinadla yayıb.

Bildirilir ki, Qərb ölkələri həmin vaxta qədər Ukrayna dövlətinə vəd edilmiş 45 təyyarədən yalnız altısını Kiyevə təhvil verəcəklər.

İlk addımı Danimarka atacaq. Bu ölkə öncə vəd etdiyi 6 qırıcını təhvil verəcək. Ardınca isə Danimarka götürdüyü öhdəliyə rəğmən 2024-cü ilin sonu, 2025-ci ilədək daha 13 qırıcını Ukrayna Hərbi Hava Qüvvələrinin istifadəsinə təqdim edəcək.



Digər Avropa müttəfiqlərinin təyyarələrini nə vaxt Ukraynaya təhvil verəcəyi tarix isə bəlli deyil. Ukraynaya veriləcəyi nəzərdə tutulan qırıcı təyyarələrin çatdırılma vaxtı ilə bağlı qeyri-müəyyənlik ukraynalı pilotlar və texniki heyətin hazırlığının peşəkarlığı, sürəti ilə bağlıdır.

Qeyd edək ki, səma döyüşlərində istifadə ediləcək hər bir qırıcı təyyarəyə səkkizdən 14 nəfərədək heyət lazımdır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}