20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Latviyadakı rusların sənədləri yoxlanılacaq
Tarix: 11-03-2024 17:42 | Bölmə: Dünya
Latviyadakı rusların sənədləri yoxlanılacaq

Latviya Dövlət Polisinin rəhbəri Armands Ruks bildirib ki, Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri zamanı polis və sərhədçilər Riqadakı Rusiya səfirliyinə, seçki məntəqəsinə üz tutan rusiyalıların üzərində yoxlama aparacaqlar.

Reyting.az
xəbər verir ki, A. Ruks bu barədə yerli "TV3" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, məqsəd səs verməyə gələnlər arasında hal-hazırda bu ölkədə yaşayan bütün rusların Latviya ərazisində qalmaq hüququnun olub-olmadığını yoxlamaqdır.

A. Ruks deyib: "Rusiya səfirliyinin girişinə daima nəzarət ediləcək - Sərhəd Xidməti ilə birlikdə yaşayış icazələri, vizalar üçün yoxlama məntəqələri yaradılacaq".

Dövlət Polisinin rəhbəri əlavə edib ki, yoxlamalar zamanı Latviya ərazisində yaşamaq qaydalarının çox ciddi pozuntuları aşkarlana və nəticədə deportasiya prosedurunun başlanmasına hüquqi səbəb ola bilər.

Onun sözlərinə görə, belə yoxlamalar standart prosedurdur, Latviya vətəndaşları Rusiyada seçki məntəqələrinə səs verməyə gedəndə də eyni yoxlamalar Rusiya dövlət xidmətləri tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək. Riqada səsvermə isə Rusiya səfirliyinin binasında olacaq və seçki məntəqəsi martın 17-də açılacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər