20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Putin Rusiyada yeni qadağa tətbiq edib
Tarix: 11-03-2024 18:18 | Bölmə: Dünya
Putin Rusiyada yeni qadağa tətbiq edib

Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlarına, eləcə də şirkətlərə “xarici agentlər”-in resurslarında – öz internet saytlarında, sosial şəbəkələr və bloqlarda, digər platformalarda reklam yerləşdirməyi qadağan edən qanunu imzalayıb.

Reyting.az
xəbər verir ki, Qanun KİV-də, həmçinin internetdə “xarici agentlər”-in öz resurslarının reklamını da qadağan edir. "Xarici agentlər haqqında” Rusiya qanunlarına görə, belə vətəndaşları 50 min rubl, hüquqi şəxsləri isə 500 min rubla qədər cərimə gözləyir.

Qanunda cinayət cəzası olaraq nəzərdə tutulan iki ilə qədər azadlıqdan məhrumetmə, yəni həbs inzibati cəzası da təsbit olunub.

Dövlət Dumasının spikeri V. Volodin qəbul edilən qanuna münasibət bildirib:

“Belə reklamların qadağan edilməsi "xarici agentlər"-i böyük reklam gəlirlərinin 50-80 faizindən məhrum edəcək”.

Spikerin sözlərinə görə, söhbət beş milyard rubldan gedir.

Spikeri onu da qeyd edib ki, qanun hələ rəsmən qüvvəyə minmədən əvvəl “öz effektivliyini göstərib”.

"Bəziləri artıq layihənin bağlandığını elan edib, digərləri isə redaksiyalarının işçilərini ixtisar edir",- deyə V. Volodin xatırladıb. O, həmçinin müəlliflik hüququ, həm də əlaqəli hüquqlar üçün “xarici agentlərə” qonorar ödənilməsinin qarşısını almaq məqsədilə bunun da qadağan edilməsini təklif edib.

Rusiya Dövlət Duması "xarici agentlər" ilə bağlı reklam qadağasını təsdiqlədikdən sonra "Tell Gordeeva" YouTube kanalının aparıcısı Katerina Qordeyeva öz layihəsini, işini dayandırdığını bildirib. Bununla belə Qordeyeva tezliklə öz layihəsini davam etdirmək üçün vəsait toplayacağını elan edib.

Digər bir rusiyalı tanınmış jurnalist Aleksey Pivovarov isə bildirib ki, yeni qanuna görə, artıq o “Redaksiya” layihəsini hazırlayan komandanın “əhəmiyyətli hissəsi ilə vidalaşmaq” məcburiyyətində qalıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər