18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İsrail Livanın şərqini vurub, ölən və yaralılar var
Tarix: 12-03-2024 10:03 | Bölmə: Dünya
İsrail Livanın şərqini vurub, ölən və yaralılar var

İsrailin döyüş təyyarələri Livanın şərqinə, Suriya sərhədinə yaxın Balbek şəhərinə ikinci dəfə hava hücumu təşkil edib.

Reyting.az
-ın xəbərinə görə, Livanın rəsmi agentliyi NNA-da bildirir ki, İsrail döyüş təyyarələri Balbek şəhərinin cənubunda yerləşən Ənsar qəsəbəsinə hava hücumu həyata keçirib.

Hücumun hədəfinin bina olduğu və bombaların düşməsindən sonra bölgədə tüstünün qalxdığı qeyd edilsə də, ölən və yaralananların sayı ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Ənsar qəsəbəsi İsrail-Livan sərhədindən təxminən 100 kilometr aralıda yerləşir. NNA-nın başqa bir xəbərində İsrailin Livanın cənubunda sərhəd bölgəsində yerləşən Nakura qəsəbəsindəki bir evə də hava hücumu təşkil etdiyi bildirilib.

Digər tərəfdən, Balbek-Hermel valisi Beşir Hıdır deyib ki, İsrail vilayətin Durs, Tareyya və Şemstar qəsəbələrini hədəfə alıb. B. Hıdır əlavə edib ki, Durs qəsəbəsinə hücumda zeytun yağı fabriki hədəf alınıb və bir nəfərin ölüb.

Yaralıların olduğu bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}