İsrailli nazirin BMT-dəki çıxışı boykot olunub
Tarix: 12-03-2024 20:01 | Bölmə: Dünya
İsrailli nazirin BMT-dəki çıxışı boykot olunub

Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq bazar ertəsi BMT-nin iclasında israilli həmkarının çıxışını dinləmək istəməyib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Göktaş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qadının Statusu üzrə 68-ci Komissiyasında israilli nazir May Qolanın çıxışı zamanı zalı tərk edib.

Golanın çıxışından sonra Göktaş deyib ki, bərabərlik məsələlərini müzakirə edərkən, İsrailin fələstinlilərə qarşı böyük insan iztirabları ilə nəticələnən hərəkətlərinin davam etdiyi bir vaxtda böhranı görməzlikdən gəlmək olmaz:

“Biz Fələstində davam edən qırğını qlobal gündəmdə tutmalı və bu faciəyə son qoymaq üçün səylərimizi ikiqat artırmalıyıq. Biz ortaq ağrı duyğumuzda birləşməli və səsimizin daha güclü və daha yüksək səslə eşidilməsini təmin etməliyik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}