ABŞ-ın İrəvandakı səfirliyinin yaxınlığında güclü yanğın olub - Video
Tarix: 13-03-2024 00:22 | Bölmə: Dünya
ABŞ-ın İrəvandakı səfirliyinin yaxınlığında güclü yanğın olub

Ermənistanın paytaxtı İrəvan şəhərinin İsakov prospektinə bitişik ərazidə yanğın baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ermənistann mediası məlumat yayıb.

Yanğın saat 19:00 radələrində ABŞ-ın İrəvandakı səfirliyinin qarşısında başlayıb. Əsasən qamışlıq olan bitki örtüyü yanıb.

Hadisə şahidinin sözlərinə görə, yanğın kifayət qədər güclü olub.

Qeyd edək ki, ABŞ-ın Cənubi Qafqazda ən böyük diplomatik korpusu İrəvanda yerləşir. Bundan başqa, son günlər İrəvan-Moskva xəttində açıq gərginlik müşahidə edilir. Rusiya tərəfi bunun məsuliyyətini İrəvanın indiki hakimiyyətinin Qərb oriyentasiyalı siyasət yeritməsində görür. Üstəlik, Paşinyanın apardığı bu siyasət Vaşinqton və Brüssel tərəfindən açıq şəkildə müdafiə olunur. Bu baxımdan ABŞ-ın İrəvandakı səfirliyi yaxınlığında baş verən yanğının təsadüfi, yoxsa Ermənistana mesaj olması zamanla ortaya çıxacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}