20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ kəşfiyyatı: Netanyahu və komandasına təhlükə yaranıb
Tarix: 13-03-2024 10:23 | Bölmə: Dünya
ABŞ kəşfiyyatı: Netanyahu və komandasına təhlükə yaranıb

İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökuməti təhlükə altında ola bilər.

Reyting.az
xəbər verir ki, ABŞ kəşfiyyatının bazar ertəsi yayımlanan 2024-cü il təhdid qiymətləndirmə hesabatına görə, İsrailin baş naziri Binyamin Netanyahunun koalisiya hökumətinə və rəhbərliyinə təhlükə yaranıb.

Hesabatda deyilir: “Netanyahunun idarəçilik qabiliyyətinə inamsızlıq müharibədən əvvəl onsuz da yüksək səviyyədə olan ictimai rəydən dərinləşib və genişlənib. Biz Netanyahunun istefası və yeni seçkilər tələbi ilə böyük etirazlar gözləyirik”.

Netanyahunun gücünün kövrəkliyindən bəhs edən və küçə etirazları proqnozlaşdıran hesabatda qeyd olunub ki, həmçinin “fərqli və daha mötədil bir hökumət də mümkündür”. Mümkün alternativlərin isə ABŞ kəşfiyyatı tərəfindən qiymətləndirildiyi göstərilir.

Xatırladaq ki, ötən dekabr ayında ABŞ prezidenti Co Bayden oktyabrın 7-dən sonra Netanyahuya qarşı ilk ictimai tənqidini edib. Bayden deyib: “O, yaxşı dostdur, amma düşünürəm ki, o, hökuməti də daxil olmaqla, dəyişməlidir. Bu, İsrail tarixindəki ən mühafizəkar hökumətdir”.

Hesabatda Netanyahunun koalisiya hökumətinin zəifliyinə diqqət çəkilir və bu ifadələrə yer verilir: “Netanyahunun lider kimi həyat qabiliyyəti, Fələstin və təhlükəsizlik məsələlərində sərt siyasət yürüdən ifrat sağ və ultra-ortodoks partiyalardan ibarət hakim koalisiya təhlükə altında ola bilər”.

Onu da qeyd edək ki, İsrail Müharibə Nazirləri Kabinetinin üzvü, Netanyahu hakimiyyətinə müxalifətdə olan partiya lideri Benny Gantz, Netanyahunun etirazına baxmayaraq, keçən həftə Vaşinqtonda bir sıra yüksək səviyyəli görüşlər keçirib. Gantz ABŞ-nin vitse-prezidenti Kamala Harris, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Konqresdə liderlərlə görüşüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər