Venesuela Argentina təyyarələrinə hava məkanını qapadıb
Tarix: 13-03-2024 10:25 | Bölmə: Dünya
Venesuela Argentina təyyarələrinə hava məkanını qapadıb

Venesuela Argentina təyyarələrinə hava məkanını qapadıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Venesuela XİN başçısı İvan Gil sosial media hesabından məlumat verib.

O bildirib ki, Argentina prezidenti Javier Mileiə və hökumətinə dəfələrlə "həbs" olunan təyyarələriinin geri qaytarılması barədə tələb irəli sürüblər: "Ancaq onlar sırf şimaldakı qoruyucularını, yəni ABŞ-ı sevindirəmək üçün ölkəmin dövlət şirkətinə məxsus təyyərəyə "əl qoyublar". Bu zərəri kompensasiya etmədikcə, Argentinaya gedən və ya Argentinadan gələn bütün təyyarələrə hava məkanımız qapalı qlaacaq".

Argentina prezidentinin sözçüsü Manuel Adorni isə Venesuelanın qərarına qarşı diplomatik tədnbirlərə əl atacaqlarını bəyan edib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}