Litva prezidenti Putinə: "Burada heç kim sizdən qorxmur"
Tarix: 13-03-2024 16:34 | Bölmə: Dünya
Litva prezidenti Putinə: "Burada heç kim sizdən qorxmur"

Litva prezidenti onun ölkəsində Rusiyanın müdaxiləsi ilə baş verənlərə, eləcə də siyasi fəal Leonid Volkova növbəti qəsd cəhdindən qəzəblənib.

Reyting.az
-ın məlumatına görə, Litva Milli Radio və Televiziyasının verdiyi xəbərdə deyilir ki, Litva prezidenti Gitanas Nauseda Aleksey Navalnının müttəfiqi olan Leonid Volkovun Vilnüsdə Kremlin təsiri ilə hücuma məruz qaldığını etiraf edib.

Nauseda Fransaya səfəri ərəfəsində deyib: “Şübhə yoxdur ki, belə şeylər əvvəlcədən planlaşdırılıb... Belə qəsd cəhdlərinin həmişə planlaşdırıldığı aydındır və biz buna qətiyyən təəccüblənməməliyik. Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu qəsdçilərin əməllərinə qiymət veriləcək və araşdırma aparılacaq. Mən ümid edirəm ki, cavabdehləri tapıb üzə çıxarmaq mümkün olacaq. Bununla belə mən Putinə yalnız bir söz deyə bilərəm: burada heç kim sizdən qorxmur”.

Qeyd edək ki, L. Litvada belə hücumlar ilk hadisə deyil. İddia olunur ki, Putin rejiminin əleyhinə fəaliyyət göstərən müxalifətçilərə dəfələrlə belə hücum cəhdləri olub və bunun sifarişçisi Kremldir.

Onu da xatırladaq ki, Leonid Volkova qarşı edilən sui-qəsd hücumunun motivlərini, müxtəlif versiyaları incələyən Litva polisinin “Aras” antiterror bölməsi hazırda Volkova hücum edənlərin kimliyini araşdırır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}