20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Yeni hökumətlə prezident arasında səfir böhranı başlayıb
Tarix: 14-03-2024 10:47 | Bölmə: Dünya
Yeni hökumətlə prezident arasında səfir böhranı başlayıb

Polşada yeni hökumətlə prezident Anjey Duda arasında səfir böhranı yaranıb. Polşa xarici işlər naziri Radoslav Sikorski 50 ölkədəki səfirlik vəzifələrinə xitam verib, əvvəlki hökumətin səfirliyə təklif etdiyi və müvafiq ölkələr tərəfindən təsdiqini gözləyənlər geri çağırılıb.

Reyting.az
-ın xəbərinə görə, nazirliyin açıqlamasının ardından prezident Duda elan edib ki, pezidentin imzası olmadan heç bir səfir vəzifədən azad edilə və yeni səfir təyin oluna bilməz.

Dudanın açıqlamasına cavab verən Polşanın baş naziri Donald Tusk deyib ki, başqa bir imkan olmasa, səfirlər geri çağırılacaq: “Prezident münasibətini dəyişənə və ya prezident dəyişənə qədər sözügedən səfirliklərdə müvəqqəti işlər vəkilləri fəaliyyət göstərəcək”.

Tusk əlavə edib ki, bütün Polşa səfirliklərində dövlətin işlərini həyata keçirəcək, Polşa dövlətindən asılı sadiq komanda yaratmalı və inkişaf etdirməlidirlər.

Qeyd edək ki, Polşada növbəti prezident seçkiləri 2025-ci ilin may ayında keçiriləcək. Dudanın ikinci dəfə prezidentlik müddəti 2025-ci ilin avqustunda başa çatacaq.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər