20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rus ordusu dronlar və raketlərlə hücum edib
Tarix: 14-03-2024 10:54 | Bölmə: Dünya
Rus ordusu dronlar və raketlərlə hücum edib

Rusiya ordusu martın 14-nə keçən gecə bir neçə qrup kamikadze dronlar və raketlərlə Ukraynaya hücum edib.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, dronlar Xerson və Nikolayev vilayətləri vasitəsilə şimal istiqamətində hücuma keçib.

Dronlar Xarkov və Sumı vilayətində qeydə alınıb. İlk PUA-lar Nikolaev vilayətindən keçərək Kirovoqrad vilayətinə doğru hərəkət edib. Daha sonra Xerson vilayətindən Nikolaev bölgəsinə və sonra Kirovoqrad bölgəsinə uçan başqa bir qrup qeydə alınıb.

Dnepropetrovsk vilayəti istiqamətində də kamikadzelər olub. Bir qrup dron isə Zaporojyeyə doğru hərəkət edib.

Sumı Regional Dövlət Administrasiyası məlumat yayıb ki, düşmən regionun dörd şəhərinin mülki infrastrukturuna hücum edib: Sumı, Belopolya, Şostka və Trostyanets. Sonuncu iki şəhər həm də raketlə vurulub.

Hazırda Ukrayna tərəfi daha hansı şəhərlərə hücum olduğunu müəyyən edir və dəyən zərəri, eləcə də itkiləri hesablayır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər