20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyə-İraq müzakirələri başlayır - Sürpriz qərarlar verilə bilər
Tarix: 14-03-2024 11:24 | Bölmə: Dünya
Türkiyə-İraq müzakirələri başlayır - Sürpriz qərarlar verilə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və MİT rəhbəri İbrahim Kalın kritik görüşlər keçirmək üçün bu gün İraqa gedir.

Reyting.az
xəbər verir ki, Hakan Fidan, Yaşar Gülər və İbrahim Kalın əsasən PKK terror təşkilatı ilə bağlı mübarizə aparacaqlar.

Qeyd edək ki, iki ölkə arasında əməkdaşlığı dərinləşdirəcək yol xəritəsini müəyyən etmək və birincisi ötən ilin dekabrında keçirilən ikinci “Təhlükəsizlik Zirvəsi” bu gün Bağdadda işini davam etdirəcək.

Məlumata görə, Türkiyə nümayəndə heyəti İraq rəhbərliyindən “PKK-nın terror təşkilatı kimi tanınmasını” xahiş edəcək. Sammitdə iki ölkə arasında münasibətləri korlayan PKK məsələsi daha ətraflı müzakirə olunacaq. İraq tərəfinin suverenliyinə meydan oxuyan terror təşkilatının bu torpaqlarda ləğvi məsələsi dəyərləndiriləcək.

Türkiyənin önəm verdiyi başqa bir məsələ isə iki il əvvəl İraqda yaradılmasını təklif etdiyi Birgə Əməliyyat Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlamasıdır. Ankara bu mexanizmlə PKK-nın yerləşdiyi əraziləri müəyyən etməyi və əməliyyat planı qurmağı planlaşdırır.

Terrorçuların İraq və Suriya arasında asan keçid tapması məsələsi də müzakirə ediləcək. Eyni zamanda, görüşdə PKK-nın Süleymaniyyədəki varlığı da müzakirəyə çıxarılacaq.

İclasda İraqda təbii qaz ehtiyatlarının işlənilməsi və beynəlxalq bazara çıxarılması məsələsi gündəmə gətiriləcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər